Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb

Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb Onların arasında şirkətin idarə rəhbəri və obyektin baş mühəndisi də var
Digər ölkələr
28 Noyabr , 2016 07:54
Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Çinin yerli polisi tikilməkdə olan elektrik stansiyasında baş vermiş və 74 nəfərin həyatına son qoymuş uçquna görə doqquz nəfəri şübhəli şəxs qismində saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, saxlanılanlar qəzaya görə məsuliyyət daşıyan şəxslərdir. Onların arasında "Yineng Tower Engineering Co. Ltd" şirkətinin idarə rəhbəri və obyektin baş mühəndisi də var.

Qeyd edək ki, hadisə noyabrın 25-də Çinin şərqindəki Szyansi vilayətinin Fençen səhərində baş verib. Tikilməkdə olan elektrik stansiyasının soyuducu qurğusu uçub. Nəticədə 74 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi