Çində əhaliyə 2,24 milyard doza COVID-19 peyvəndi vurulub

Çində əhaliyə 2,24 milyard doza COVID-19 peyvəndi vurulub Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində indiyədək əhaliyə 2,24 milyard doza peyvənd vurulub.
Digər ölkələr
24 Oktyabr , 2021 04:14
Çində əhaliyə 2,24 milyard doza COVID-19 peyvəndi vurulub

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində indiyədək əhaliyə 2,24 milyard doza peyvənd vurulub.

“Report” xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Sentyabrın 29-da Çin səlahiyyətliləri 1,047 milyard insanın tam peyvənd olunduğunu açıqlayıb.

Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib.

Qeyd edək ki, 1,4 milyard nəfər əhalisi olan Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 80-85 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Son xəbərlər

Orphus sistemi