Daşqınlar Çinə 7,7 milyard dollar ziyan vurub

Daşqınlar Çinə 7,7 milyard dollar ziyan vurub Yayın əvvəlindən etibarən leysan yağışların yaratdığı daşqınlar Çinə, təxminən, 53,4 milyard yuan (7,7 milyard ABŞ dolları) məbləğində ziyan vurub.
Digər ölkələr
12 İyul , 2019 12:19
Daşqınlar Çinə 7,7 milyard dollar ziyan vurub

Yayın əvvəlindən etibarən leysan yağışların yaratdığı daşqınlar Çinə, təxminən, 53,4 milyard yuan (7,7 milyard ABŞ dolları) məbləğində ziyan vurub.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Çinin Fövqəladə Hallar Nazirliyi tərəfindən verilib.

Yağışlı mövsümün başlanğıcından etibarən fövqəladə xidmətlər tərəfindən, təqribən, 1,3 milyon nəfər təxliyyə edilib, 580 mindən çox insanın isə təcili yardıma ehtiyacı var. Daşqınlar ölkədə bu və ya digər dərəcədə 19,91 milyona yaxın insana təsir edib. Təbii fəlakət nəticəsində 34 min yaşayış binası dağılıb, 1,76 milyon hektardan çox sahədə əkinçilik məhsullarına ziyan dəyib.

Daşqınlardan ən çox Çinin mərkəzi, şərq, cənub və cənub-qərb hissəsindəki regionlar əziyyət çəkir. 

Son xəbərlər

Orphus sistemi