​Çində güclü yağışlar zamanı 13 nəfər ölüb, 13 nəfər itkin düşüb

​Çində güclü yağışlar zamanı 13 nəfər ölüb, 13 nəfər itkin düşüb Çzyansi vilayətində təbii fəlakət zonasından 21 min nəfər təxliyyə edilib
Digər ölkələr
16 İyun , 2016 02:44
​Çində güclü yağışlar zamanı 13 nəfər ölüb, 13 nəfər itkin düşüb

Bakı. 16 iyun. REPORT.AZ/ Çində son sutka ərzində yağmış güclü yağışlar nəticəsində Çzyansi, Quyçjou, Quandun və Quansi-Çjuan vilayətlərində 13 nəfər ölüb, 13 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu haqda Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Çinin şərqindəki Çzyansi vilayətində 21 min nəfər təxliyyə edilib, 10 minə yaxın insanın yardıma ehtiyacı var.  Vilayətin 3 sakini yağışların qurbanı olub. Xunan vilayətinin Xenşan yaşayış məntəqəsində 3 yerli sakin ölüb. 

Linxueydə 530 ev dağılıb. 12 min nəfər sakin təhlükəsiz ərazilərə köçürülüb. 

Çjuçjouda su anbarı sıradan çıxıb.

Son xəbərlər

Orphus sistemi