Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb

Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb Çinin şərqindəki Tszyansi əyalətinin təxminən 536 min sakini leysan yağışları və daşqınlar səbəbilə fəlakət zonasında qalıb.
Digər ölkələr
8 may 2023 15:34
Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb

Çinin şərqindəki Tszyansi əyalətinin təxminən 536 min sakini leysan və daşqınlar səbəbilə fəlakət zonasında qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional daşqın və quraqlıqla mübarizə mərkəzi məlumat yayıb.

Məlumata görə, son 4 gün ərzində xilasedicilər ölkənin xüsusilə təhlükəli bölgələrindən 16 minə yaxın insanı təxliyə ediblər.

Mayın 5-dən bəri təbii fəlakətlərin vuduğu birbaşa ziyan təxminən 670 milyon yuan (96,8 milyon ABŞ dolları) təşkil edib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi