Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub Hakimiyyət orqanları 11 min insanı təhlükəsiz yerə təxliyə etməyə məcbur olublar
Digər ölkələr
19 avqust 2017 03:00
Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

Bakı. 19 avqust. REPORT.AZ/ Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.  

Məlumatda bildirilir ki, ölkənin cənubundakı Quans-Çjuan muxtar rayonunda 192,4 min insana maddi zərər dəyib.

Ərazidəki yaşayış mənətəqələrində leysan yağışlar avqustun 12-dən səngimir. Hakimiyyət orqanları 11 min insanı təhlükəsiz yerə təxliyə etməyə məcbur olublar.  

Əlverişsis hava şəraiti tikililərə ciddi zərər vurub, bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Sinoptiklərin məlumatına görə, əlverişsiz hava şəraiti hələ bir neçə gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi