Çində daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

Çində daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb Çinin şimal-qərbindəki Qinghai əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
22 Avqust , 2022 02:35
Çində daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

Çinin şimal-qərbindəki Qinghai əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda ölü sayı 26 nəfər təşkil edir, daha 5 nəfər itkin düşmüş sayılır, 23 nəfər isə xilas edilib.

Qeyd edək ki, daşqın avqustun 18-də Xinin şəhərinə tabe olan Datonq qraflığında başlayıb. Təbii fəlakət zonasında 6,2 mindən çox insan olub.

Avqustun əvvəlindən bölgədə yağıntılar son 50 ilin orta göstəricisini keçib.

Son xəbərlər

Orphus sistemi