Yuxarı
    Bağlamaq

    ​Çində daş kömür mədənində faciə baş verib

    Faciənin başvermə səbəbləri araşdırılır

    Bakı. 31 yanvar. REPORT.AZ/ Şərqi Çində, Anxoy əyalətinin Suçjou şəhərində daş kömür mədənində 7 fəhlə ölüb.

    "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, onlar şaxtaya su dolması nəticəsində həyatlarını itirib.

    Qəza baş verərkən, mədəndə 34 şaxtaçı olub və onların 27-si oradan yerin üstünə çıxıb.

    Faciənin başvermə səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi