Çində daha 8 nəfər koronavirusa yoluxub

Çində daha 8 nəfər koronavirusa yoluxub Çində ötən sutka ərzində 4 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.
Digər ölkələr
208
30 May , 2020 07:30
Çində daha 8 nəfər koronavirusa yoluxub

Çində ötən sutka ərzində 4 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Koronavirus xaricdən gələn ölkə vətəndaşlarında aşkarlanıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Hazırda 396 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 999 nəfərə çatıb. Ölkədə müalicə alan 78 302 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, ölkə üzrə 79 nəfər müalicə alır.

Son xəbərlər

Orphus sistemi