Çində daha 8 nəfər koronavirusa yoluxdu

Çində daha 8 nəfər koronavirusa yoluxdu Çində ötən sutka ərzində 8nəfərdə yeni növ koronavirusun aktiv forması və 6simptomsuz yoluxma halı aşkarlanıb.
Digər ölkələr
13 İyul , 2020 08:43
Çində daha 8 nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 8 nəfərdə yeni növ koronavirusun aktiv forması və 6 simptomsuz yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb, müalicə alan 14 nəfər xəstəxanadan evə buraxılıb. Qeyd olunub ki, yoluxanların hamısı ölkəyə xaricdən gəlib.

Bununla da Çində 83 602 şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 634 nəfər vəfat edib.

Hazırda xəstəxanalarda 320 pasiyent müalicə alır. Onlardan 110-u simptomsuz xəstədir.

Son xəbərlər

Orphus sistemi