Çində daha 27 nəfər koronavirusa yoluxdu

Çində daha 27 nəfər koronavirusa yoluxdu Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması və 7 simptomsuz yoluxma halı aşkarlanıb, 12 pasiyent sağalıb.
Digər ölkələr
20 İyun , 2020 06:27
Çində daha 27 nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması və 7 simptomsuz yoluxma halı aşkarlanıb, 12 pasiyent sağalıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Koronavirusa yoluxanların dördü xaricdən gələn ölkə vətəndaşlarıdır. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 352 nəfərə çatıb. Ölkədə müalicə alan 78 410 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 83 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Son xəbərlər

Orphus sistemi