Çində daha 17 nəfərdə koronavirus aşkarlandı

Çində daha 17 nəfərdə koronavirus aşkarlandı Çində son 24 saat ərzində koronavirusa yeni yoluxma halları aşkarlanıb.
Digər ölkələr
11 May , 2020 05:38
Çində daha 17 nəfərdə koronavirus aşkarlandı

Çində son 24 saat ərzində koronavirusa yeni yoluxma halları aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd olunub ki, COVID-19-a yoluxan 17 nəfərin 12-si simptomsuz xəstələridir. Koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişən olmayıb. Yeni yoluxanların yeddisi xaricdən gələn ölkə vətəndaşıdır.

Hazırda Çində toplam olaraq xaricdən gələn 1 690 vətəndaşda koronavirus aşkarlanıb. Xəstələrin 1 591-i sağalıb, xaricdə yoluxmuş vətəndaşların heç biri ölməyib.

Bundan başqa, Hubeydə ötən gün ərzində virusun 5 yeni simptomsuz daşıyıcısı aşkar olunub, yeddi xəstə müalicə aldıqdan sonra evə buraxılıb. 

Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 615 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir.

Son xəbərlər

Orphus sistemi