Çində çoxmərtəbəli binada baş vermiş partlayış zamanı 3 nəfər ölüb

Çində çoxmərtəbəli binada baş vermiş partlayış zamanı 3 nəfər ölüb Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir
Digər ölkələr
4 Oktyabr , 2016 06:04
Çində çoxmərtəbəli binada baş vermiş partlayış zamanı 3 nəfər ölüb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Çində çoxmərtəbəli  yaşayış binasında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə Harbin şəhərində qeydə alınıb.

Partlayış zamanı 3 nəfər həlak olub. Habelə bir neçə nəfər xəsarət alıb. Yaralıların sayı dəqiqləşdirilir. 

İlkin məlumata görə, hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.   

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi