Çində çökmüş hotelin dağıntıları altından 50 nəfər çıxarıldı

Çində çökmüş hotelin dağıntıları altından 50 nəfər çıxarıldı Çində xilasedicilər ölkənin şərqindəki Futszyan əyalətində çökmüş 6 mərtəbəli hotelin dağıntıları altından 50 nəfəri çıxarıblar.
Digər ölkələr
8 Mart , 2020 08:32
Çində çökmüş hotelin dağıntıları altından 50 nəfər çıxarıldı

Çində xilasedicilər ölkənin şərqindəki Futszyan əyalətində çökmüş 6 mərtəbəli hotelin dağıntıları altından 50 nəfəri çıxarıblar.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinçzinbao” nəşri məlumat yayıb.

Qeyd edilir ki, dağıntılar altından çıxarılanlardan 2-i ölüb.

Məlumata görə, 6 mərtəbəli “Xinjia Express” hoteli 2018-ci ildə inşa edilib. Hotelin binası şənbə günü, yerli vaxtla saat 19:15-də çöküb. Dağıntılar altında 70 nəfər qalıb. 

Hotel koronavirusa yoluxanlarla təmasda olmuş şəxslər üçün karantin məqsədilə istifadə edilib. 

Son xəbərlər

Orphus sistemi