Çində bir gündə 11 nəfər koronavirusa yoluxdu

Çində bir gündə 11 nəfər koronavirusa yoluxdu Çində son 24 saat ərzində 11 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, ölüm halı qeydə alınmayıb.
Digər ölkələr
26 Aprel , 2020 05:33
Çində bir gündə 11 nəfər koronavirusa yoluxdu

Çində son 24 saat ərzində 11 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, ölüm halı qeydə alınmayıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yoluxmaların beşi xaricdən gələn şəxsdə aşkarlanıb. Hazırda Çində 1 634 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb. Onların 694-ü hələ də xəstədir, 22 nəfərin vəziyyəti ağır olsa da, 940 nəfər sağalıb.

Hazırda koronavirus aşkarlansa da heç bir simptomları olmayan min xəstə nəzarət altındadır. 

Son xəbərlər

Orphus sistemi