Yuxarı

Çində bina uçub: 20-dən artıq insan itkin düşüb

Polis hadisənin səbəblərini araşdırmağa başlayıb

Bakı. 20 may . REPORT.AZ/ Çinin Quyçjou əyalətindəki Quyan şəhərində yaşayış binasının uçmasından sonra ən azı 21 nəfər itkin düşüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Sinxua agentliyinin məlumatına görə, binada 114 nəfər yaşayır. Xilasedicilər 93 sakinin təhlükəsizlikdə olduğunu bildiriblər. 

Bina bu gün yerli vaxtla saat 11:30-da uçub. Hadisə yerinə xilasedicilər gəlib, axtarış tədbirləri həyata keçirilir. 

Yaxında yaşayan binaların sakinləri təhlükəsizlik baxımından təxliyə olunub. Polis hadisənin səbəblərini araşdırmağa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi