Yuxarı

Çində bərə qəzasında ölənlərin sayı 65-ə çatıb

377 nəfərin taleyi haqqında məlumat yoxdur

Bakı. 4 İyun. REPORT.AZ/ Çində baş verən bərə qəzası nəticəsində ən azı 65 nəfər həlak olub.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, "Şərq Ulduzu" adlı bərə Yandzı çayında Tsanli şəhərinin yaxınlığında qəzaya uğrayıb. Həlak olanların əksəriyyəti turistdir.

Rəsmilər bildirirlər ki, hadisə zamanı gəmidə ümumilikdə 456 nəfərin olub və hazırda onlardan sadəcə 14-ü xilas edilib. 377 nəfərin taleyi haqqında məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi