​Çində baş vermiş daşqınlar nəticəsində ən azı 9 nəfər ölüb, 3 nəfər itkin düşüb

​Çində baş vermiş daşqınlar nəticəsində ən azı 9 nəfər ölüb, 3 nəfər itkin düşüb Szyan vilayətində 14 min sakin təhlükəsiz yerlərə köçürülüb
Digər ölkələr
10 May , 2016 07:25
​Çində baş vermiş daşqınlar nəticəsində ən azı 9 nəfər ölüb, 3 nəfər itkin düşüb

Bakı. 10 may. REPORT.AZ / Çinin cənub, şərq və mərkəzi regionlarında ən azı doqquz nəfər leysan yağışların qurbanı olub, üç nəfər itkin düşüb. "Report"un məlumatına görə, bu haqda Sinxua agentliyi xəbər yayıb.

Məlumata görə, artıq bir neçə gündür Çunçin dairəsində, Funçzyan, Xubey, Xunan, Çzyansi və Quansi-Çjuan vilayətlərində fasiləsiz leysan yağışlar yağır. Normadan artıq yağıntı sel daşqınlarına, torpaq sürüşmələrinə səbəb olub.

Bir çox çox yerlərdə enerji təchizatı kəsilib. Xunani vilayətində bir sakini ildırım vurub. 6,5 min nəfər təxliyyə olunub.

Szyan vilayətində 14 min sakin təhlükəsiz yerlərə köçürülüb, 500-dən çox ev dağılıb. Təbii fəlakətin vurdğuğu iqtisadi zərər 740 milyon yuan (114 milyon ABŞ dolları) təşkil edir.

Meteoroloqlar Çinin cənub və cənub-qərb ərazilərində yeni təbii fəlakət təhlükəsi haqda xəbərdarlıq edirlər. 

Son xəbərlər

Orphus sistemi