Çində baş vermiş partlayışda ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB

Çində baş vermiş partlayışda ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB Yaralılardan 11-nin vəziyyəti ağırdır
Digər ölkələr
25 Oktyabr , 2016 07:21
Çində baş vermiş partlayışda ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB

Bakı. 25 oktyabr. REPORT.AZ/ Çinin mərkəzi hissəsindəki Şensi vilayətinin Yuylin şəhərindəki yaşayış binalarından birində baş vermiş partlayış zamanı ölənlərin sayı 14-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 147 nəfər xəsarət alıb. Onlardan 106-ı xəstəxanadadır.

Yaralılardan 11-nin vəziyyəti ağırdır.

Hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Qeyd edək ki, dünən baş vermiş hadisə zamanı 150 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır. İlki məlumatda partlayış zamanı 7 nəfərin öldüyü bildirilirdi.

Partlayışın gücündən yaxınlıqdakı binalar, o cümlədən xəstəxana, avtomobillər ziyan çəkib. 

***00:23

Çinin mərkəzi hissəsindəki Şensi vilayətinin Yuylin şəhərindəki yaşayış binalarından birində baş vermiş partlayış zamanı 10 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 14:00-da baş vermiş hadisə zamanı 150 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır. İlki məlumatda partlayış zamanı 7 nəfərin öldüyü bildirilirdi.

Partlayışın gücündən yaxınlıqdakı binalar, o cümlədən xəstəxana, avtomobillər ziyan çəkib. Hadisə yerinə 70 xilasedici cəlb edilib.

Son xəbərlər

Orphus sistemi