Çində baş verən zəlzələdə 4 nəfər ölüb

Çində baş verən zəlzələdə 4 nəfər ölüb Çinin cənub-qərbindəki Yünnan vilayətində baş verən zəlzələ nəticəsində 23 nəfər yaralanıb.
Digər ölkələr
19 May , 2020 05:28
Çində baş verən zəlzələdə 4 nəfər ölüb
0 : 00
0 : 00

Çinin cənub-qərbindəki Yünnan vilayətində baş verən zəlzələ nəticəsində 23 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, yeraltı təkanlar 4 nəfərin ölümünə səbəb olub.

Zəlzələdən sonra yerli hakimiyyət orqanları tez bir zamanda xilasetmə əməliyyatları təşkil edib, zədələnmiş binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib. Təxliyə olunanların sayı barədə hələ məlumat verilməyib.

Xatırladaq ki, Çinin Yünnan vilayətində baş verən zəlzələnin gücü 5 bal olub. Yeraltı təkanlar Çiaocia dairəsində qeydə alınıb. Yeraltı təkanların ocağı yer səthindən 8 kilometr dərinlikdə olub.

Son xəbərlər

Orphus sistemi