Çində barda yanğın nəticəsində 18 nəfər ölüb

Çində barda yanğın nəticəsində 18 nəfər ölüb Həmçinin daha 5 nəfər yaralanıb
Digər ölkələr
1188
24 Aprel , 2018 05:13
Çində barda yanğın nəticəsində 18 nəfər ölüb

Bakı. 24 aprel. REPORT.AZ/ Çinin Sinyuan şəhərində (Quandun əyaləti) karaoke-barlardan birində baş vermiş yanğın nəticəsində azı 18 nəfər ölüb, daha 5 nəfər yanıq xəsarəti və travma alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Sina" portalı məlumat yayıb.

Hadisə gecə baş verib və yanğın indilərdə söndürülüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara göndərilib, ərazidə polis işləyir.

Yanğının səbəbləri müəyyən edilir, araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi