Bakı. 19 mart. REPORT.AZ/ Çinin şərqində balıqçı gəmisi batıb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Çjeçyan vilayətinin Çjouşan şəhəri sahillərində baş verib. Belə ki, içərisində 11 nəfərin olduğu gəmi balıq ovu zamanı batıb.
Bildirilir ki, indiyədək 5 nəfəri xilas etmək mümkün olub. İtkin düşmüş digər 6 nəfərin aqibəti ilə bağlı məlumat verilmir.
Hazırda axtarış-xilasetmə işləri davam edir.