Yuxarı

​Çində ayaqqabı fabrikinin tavanı uçub, yaralananlar var

Hadisə yerində bir neçə yüz xilasedici işləyir

Bakı. 4 iyul. REPORT.AZ/ Çində ayaqqabı fabriklərindən birinin tavanı uçub.

“Report” xəbər verir ki, qəza zamanı müəssisədə 51 nəfər işçi olub.

Hadisə yerində bir neçə yüz yanğınsöndürən işləyir. Qəza Çjetszyan əyalətinin Venlin şəhərindəki fabrikdə qeydə alınıb. Xilasedicilər dağıntılar altından 37 nəfəri sağ çıxardıblar, yerdə qalan 14 nəfərin axtarışları davam etdirilir.

On nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda tavanın uçmasının səbəbləri araşdırılır. Bir fərziyyəyə görə, hadisə fabrikin damında su çəninin quraşdırılması nəticəsində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi