Çində atışma nəticəsində üç nəfər ölüb, 6-sı yaralanıb

Çində atışma nəticəsində üç nəfər ölüb, 6-sı yaralanıb Hadisə çərşənbə gününə keçən gecə olub
Digər ölkələr
22 Noyabr , 2017 08:43
Çində atışma nəticəsində üç nəfər ölüb, 6-sı yaralanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Çinin Çaoçjou şəhərində (Cənubi Quandun əyaləti) baş verən silahlı insident nəticəsində azı üç nəfər ölüb, daha altı nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Sina" xəbər portalı məlumat yayıb.

Hadisə çərşənbə gününə keçən gecə olub, hazırda ərazi mühasirəyə alınıb. Polis şübhəli şəxslərin tutulması üçün əməliyyat keçirir, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. İstintaq aparılır.

Son xəbərlər

Orphus sistemi