Yuxarı

​Çində anbarda yanğın zamanı 17 nəfər həlak olub

Yanğının söndürülməsinə altı saatdan çox vaxt sərf olunub

Bakı. 6 fevral. REPORT.AZ/ Çinin cənubunda yerləşən Quandu əyalətində baş verən yanğın nəticəsində ən azı 17 nəfər həlak olub.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, yanğın cümə axşamı, günün birinci yarısında qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın topdan satış mallar bazarında yerləşən anbarın dördüncü mərtəbəsində baş verib.

Yanğının söndürülməsinə altı saatdan çox vaxt sərf olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi