Bakı. 5 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbində ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Yunnan vilayətinin Dexun dairəsində qeydə alınıb. Sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 9 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.