Bakı. 11 aprel. REPORT.AZ/ Çinin cənubundakı Quans-Çjuansk muxtar rayonunda ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, Nannin şəhərindəki dairəvi yolda 4 avtomobilin toqquşması nəticəsində 10 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Qəzaya uğramış avtomobillərdən 3-ü yük, 1-i isə minik avtomobilidir. Hadisə ilə əlaqədar ərazidə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qəzanın başvermə səbəblərini araşdırmaq üçün xüsusi işçi qrup yaradılıb. Təhqiqat aparılır.