Şimali Koreya sərhədində həbs olunan və yardım könüllüsü olduğu bildirilən AMERİKALI korrupsiya və saxtakarlıqla günahlandırır.
Bakı. 20 dekabr. REPORT.AZ/ Çinin Şimali Koreya ilə sərhədi yaxınlığında ABŞ vətəndaşı həbs edilib. "Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, "South China Morning Post" qəzeti 74 yaşlı Şimali Koreya doğumlu ABŞ vətəndaşı Peter Hahnın Çinin şimal-şərqindəki Yanbian şəhərində korrupsiya və sənəd saxtalaşdırmaqda təqsirləndirilərək tutulduğunu yazıb.
Çin mətbuatı ABŞ vətəndaşının bank hesablarının dondurulduğunu və ölkədən çıxmasına qadağa qoyulduğunu da qeyd edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki isə ABŞ-ın Çindəki konsulluğunun rəsmilərinin artıq P.Hahnı ziyarət etdiyini bildirib.
Qeyd edək ki, 1990-cı illərdən etibarən sərhəd qəsəbəsi Tümendə yaşayan R.Hahn 2002-ci ildə çinli və koreyalı uşaqların təhsili üçün bir peşə məktəbi açıb. O, həmçinin Şimali Koreyada da iki çörək sexi işlədirdi.