Bakı. 18 aprel. REPORT.AZ/ Çinin Şensi əyalətində 7 mərtəbəli bina uçub.
"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Hadisə yerində xilasedicilər işləyir. Dağıntılar altında azı 5 nəfrin qalma ehtimalı var.
Dağıntıya bölgədə davamlı olaraq yağan leysan yağışları səbəb ola bilər.