Çində 6 nəfərdə COVID-19 aşkarlandı

Çində 6 nəfərdə COVID-19 aşkarlandı Çində son 24 saat ərzində 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, ölüm halı qeydə alınmayıb.
Digər ölkələr
28 Aprel , 2020 06:01
Çində 6 nəfərdə COVID-19 aşkarlandı

Çində son 24 saat ərzində 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, ölüm halı qeydə alınmayıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yoluxmaların üçü xaricdən gələn şəxsdə aşkarlanıb.

Hazırda Çində 1 639 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb. Onların 522-si hələ də xəstədir, 21 nəfərin vəziyyəti ağır olsa da, 1 087 nəfər sağalıb.

Hazırda koronavirus aşkarlansa da heç bir simptomları olmayan minə yaxın xəstə nəzarət altındadır.

Son xəbərlər

Orphus sistemi