Çində 6 mərtəbəli hotel çökdü - VİDEO

Çində 6 mərtəbəli hotel çökdü - VİDEO Çinin şərqindəki Futszyan əyalətində 6 mərtəbəli hotelin binası çöküb.
Digər ölkələr
7 Mart , 2020 17:49
Çində 6 mərtəbəli hotel çökdü -  VİDEO

Çinin şərqindəki Futszyan əyalətində 6 mərtəbəli hotelin binası çöküb.

Bu barədə “Report” “Sinhua”ya istinadən xəbər verir.

Bu ana qədər 16 nəfər xilas edilib, ancaq dağıntılar altında neçə nəfərin qaldığı bilinmir.

Hadisə yerli vaxtla 19:30-da Quançjou şəhərində baş verib. Çökən binanın birinci mərtəbəsində dükanlar və kafelər var.

Hələlik ölən və ya yaralananlar barədə məlumat yoxdur. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi