Çində 6,5 bal gücündə zəlzələ olub

Çində 6,5 bal gücündə zəlzələ olub Tələfat və ya dağıntı barədə məlumat yoxdur
Digər ölkələr
18 Noyabr , 2017 03:02
Çində 6,5 bal gücündə zəlzələ olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Çində 6,5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Çinin Seysmoloji Mərkəzinə istinadən yayılan məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 06:34-də, Tibet Muxtar rayonu ərazisində, Nyinqçi şəhərində qeydə alınıb. Zəlzələ ocağı 38 kilometr dərinlikdə yerləşib.

Hələlik xəsarət alanlar, tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi