Çində 55 yaşlı qadın tauna yoluxub

Çində 55 yaşlı qadın tauna yoluxub Çinin Ningxia Hui Muxtar bölgəsinin 55 yaşlı sakini taun xəstəliyinə yoluxub.
Digər ölkələr
22 Avqust , 2021 11:37
Çində 55 yaşlı qadın tauna yoluxub

Çinin Ningxia Hui Muxtar bölgəsinin 55 yaşlı sakini taun xəstəliyinə yoluxub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə bölgənin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb.

Xəstə qadının heyvandarlıqla məşğul olduğu, vəziyyətinin kritik olduğu qeyd edilir. Xəstəliyin İlk simptomları avqustun 14-də meydana gəlib. Çin hakimiyyəti təhlükəli infeksiyanın yayılmasının qarşısını almaq üçün təcili yardım mexanizmini artıq işə salıb.

Komitədən verilən məlumata görə, ət istehlakına görə ölkənin şimalındakı çöl zonasında və qonşu Monqolustanda tauna yoluxma vaxtaşırı qeydə alınır.

Son xəbərlər

Orphus sistemi