Çində 5 nəfər qasırğanın qurbanı olub

Çində 5 nəfər qasırğanın qurbanı olub Təbii hadisə zamanı daha 50 nəfər xəsarət alıb
Digər ölkələr
12 Avqust , 2017 07:15
Çində 5 nəfər qasırğanın qurbanı olub
Komotoz.ru

Bakı. 12 avqust. REPORT.AZ/ Çinin şimalındakı Daxili Monqolustan muxtar vilayətində 5 nəfər qasırğanın qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təbii hadisə zamanı daha 50 nəfər xəsarət alıb. Qasırğa cümə günü, yerli vaxtla saat 16:00-da Çifen rayonunun Xeşiqten-Çi və Onnyud-Çi kəndlərində tüğyan edib. 

Təbii hadisə bir neçə qəsəbəyə ciddi ziyan vurub, xeyli sayda yaşayış evi dağılıb. 

Son xəbərlər

Orphus sistemi