Çində 249 nəfər fırıldaqçılığa görə həbs edilib

Çində 249 nəfər fırıldaqçılığa görə həbs edilib Bakı. 22 iyun. REPORT.AZ/ Çinin cənubundakı Şençjen şəhərinin polisi 249 nəfəri fırıldaqçılığa görə həbs edib.
Digər ölkələr
22 İyun , 2018 00:46
Çində 249 nəfər fırıldaqçılığa görə həbs edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Çinin cənubundakı Şençjen şəhərinin polisi 249 nəfəri fırıldaqçılığa görə həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, onlar 40 milyondan çox Çin yuanı (6,2 milyon ABŞ dolları) məbləğində fırıldaqçılıq işində təqsirli bilinirlər. Fırıldaqçıların hədəfi fond birjalarının sərmayələri olub. Polisin iyunun 13-də keçirdiyi əməliyyat zamanı ümumilikdə 300-dən çox insan saxlanılıb. Onların 249 nəfəri cinayətdə şübhəli bilinir.

Polis 42,6 milyon yuan məbləğində hesabı dondurub və 1000-dən çox kompyuteri, mobil telefonu müsadirə edib.

İşlə bağlı təhqiqat davam edir.

Son xəbərlər

Orphus sistemi