Çində 181 nəfər sel daşqınlarının qurbanı olub

Çində 181 nəfər sel daşqınlarının qurbanı olub Yantszı çayı üzərində yerləşən Uhan şəhərinə bir həftə ərzində 57,4 sm yağıntı düşüb
Digər ölkələr
7 İyul , 2016 15:07
Çində 181 nəfər sel daşqınlarının qurbanı olub

Bakı. 7 iyul. REPORT.AZ/ Çinin mərkəz və şərq hissəsində bir həftədir davam edən leysan yağışları nəticəsində 181 nəfər həlak olub və ya itkin düşüb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib.

Bildirilib ki, Yantszı çayı üzərində yerləşən və 8 milyonluq əhaliyə malik Uhan şəhərinə bir həftə ərzində 57,4 sm yağıntı düşüb.

Uhan rəsmiləri və dövlət KİV-ləri sel daşqınlarında 14 nəfərin öldüyünü və 1 nəfərin itkin düşdüyünü bildirib. Təqribən 170 min sakin köçürülüb, 80 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Mülki İşlər üzrə Milli Nazirlikdən verilən məlumata görə, qonşu regionlarda daxil olmaqla 181 nəfər ölüb və ya itkin düşüb.

Son xəbərlər

Orphus sistemi