Çində 150 min nəfər sakin fil sürüsünə görə təxliyə edilib

Çində 150 min nəfər sakin fil sürüsünə görə təxliyə edilib Çinin cənub-qərbindəki Yunnan əyalətinin hakimiyyəti bu ilin aprelində köçən vəhşi fillərin sürüsünə görə regionun 150 mindən çox sakinini təxliyə edib.
Digər ölkələr
556
10 Avqust , 2021 05:47
Çində 150 min nəfər sakin fil sürüsünə görə təxliyə edilib

Çinin cənub-qərbindəki Yunnan əyalətinin hakimiyyəti bu ilin aprelində köç edən vəhşi fil sürüsünə görə regionun 150 mindən çox sakinini təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə "Xinhuanet" agentliyi bildirib.

Agentliyin məlumatına görə, Asiya filləri bu ilin aprelində səyahətə yola düşüblər. Heyvanlar aprelin 16-dan 1,3 min kilometrdən çox məsafə qət ediblər, yerli sakinlər onların yaxınlaşması zamanı müvəqqəti köçürülüblər.

Nəhəng heyvanları yerdən və havadan - pilotsuz təyyarələrin köməyi ilə müşahidə ediblər. Fillərin müşayiəti üçün ümumilikdə 25 min nəfərdən çox polis əməkdaşı, 973 pilotsuz təyyarə, 15 mindən çox təcili yardım avtomobili cəlb olunub, təxminən 150 min insan başqa əraziyə təxliyə edilib.

Fil sürüsünün hərəkətinə görə ərazilərdə yem qoyulub. Nəticədə 110 günlük səyahət ərzində fillər onlar üçün hazırlanmış yeməyin 180 tonunu yeyiblər.

Beləliklə, ilkin hesablamalara əsasən, fillərin turundan dəyən zərər milyonlarla ABŞ dolları təşkil edib. Qeyd edək ki, Çində filləri öldürmək, harasa daşımaq və hətta toxunmaq qəti qadağandır, çünki onlar dövlət səviyyəsində qorunurlar.

Son xəbərlər

Orphus sistemi