Çində 11 nəfər torpaq sürüşməsinin qurbanı olub

Çində 11 nəfər torpaq sürüşməsinin qurbanı olub Çinin cənub-qərbindəki Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb, 34 nəfər itkin düşüb.
Digər ölkələr
24 İyul , 2019 11:41
Çində 11 nəfər torpaq sürüşməsinin qurbanı olub

Çinin cənub-qərbindəki Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb, 34 nəfər itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, torpaq sürüşməsi dünən axşam Lyupanşuy şəhərinin Şuyçen mahalında qeydə alınıb.

Təbii fəlakət 23 ev təsərrüfatına ziyan vurub, 20-dən çox bina, o cümlədən yaşayış binaları torpaq altında qalıb.

Xilasedicilər səhərə kimi 11 nəfəri sağ tapmağı bacarıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi