Çində 10 mərtəbəli binada güclü yanğın baş verib, sakinlər təxliyə edilib

Çində 10 mərtəbəli binada güclü yanğın baş verib, sakinlər təxliyə edilib Qəza zamanı 1 sakin yanıq xəsarətləri alıb
Digər ölkələr
5 Yanvar , 2017 03:24
Çində 10 mərtəbəli binada güclü yanğın baş verib, sakinlər təxliyə edilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Çinin paytaxtı Pekin şəhərində güclü yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sina" informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki 10 mərtəbəli yaşayış binasında qeydə alınıb. Güclü alov binanın beş mərtəbəsini bürüyüb.

Hadisə ilə əlaqədar 100 sakin binadan təxliyə edilib. Alovun digər mərtəbələri yayılmasının qarşısı alınsa da, yanğının davam etdiyi bildirilir.

Qəza zamanı 1 sakin yanıq xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi