Çin yeni gizli silahın son sınaqlarını keçirib

Çin yeni gizli silahın son sınaqlarını keçirib Çində “hava-hava” sinfinə aid gizli hipersəs raketinin son sınaqları keçirilib.
Digər ölkələr
20 Yanvar , 2025 03:08
Çin yeni gizli silahın son sınaqlarını keçirib

Çində “hava-hava” sinfinə aid gizli hipersəs raketinin son sınaqları keçirilib.

“Report” xəbər verir ki, bu barədə “The South China Morning Post” (SCMP) qəzeti sınaqçılara istinadən yazıb.

Alimlər bildiriblər ki, raketlər Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələrinin sərt xarakteristika tələblərinə uyğun olmaq üçün termiki davamlılıq üzrə ekstremal sınaqlardan keçib.

“Bu, hazırda uçuş sınaqlarından keçən B-21 görünməz bombardmançı təyyarəsi də daxil olmaqla, Amerika hərbi təyyarələri üçün görünməmiş təhlükə yarada biləcək bu sirli silahın mövcudluğunun ilk rəsmi təsdiqidir”, – nəşrdə qeyd olunub.

Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonunda ABŞ altıncı nəsil B-21 Raider strateji görünməz bombardmançı təyyarələrinin müntəzəm sınaq uçuşlarına başladığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi