Çin XİN Si Szinpin və Cozef Baydenin virtual görüşünün tarixini təsdiqləyib

Çin XİN Si Szinpin və Cozef Baydenin virtual görüşünün tarixini təsdiqləyib Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ölkənin rəhbəri Si Szinpinlə ABŞ Prezidenti Cozef Bayden arasında görüş barədə Birləşmiş Ştatlarla razılığın əldə edildiyini təsdiqləyib.
Digər ölkələr
13 Noyabr , 2021 08:53
Çin XİN Si Szinpin və Cozef Baydenin virtual görüşünün tarixini təsdiqləyib
Si Szinpin və Cozef Bayden

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ölkənin rəhbəri Si Szinpinlə ABŞ Prezidenti Cozef Bayden arasında görüş barədə Birləşmiş Ştatlarla razılığın əldə edildiyini təsdiqləyib.

Bu barədə “Report” “İnterfaks"a istinadən xəbər verir.

“Çin və ABŞ arasındakı razılaşmaya uyğun olaraq, Sədr Si Cinpin noyabrın 16-da Pekin vaxtı ilə səhər saatlarında ABŞ Prezidenti Cozef Baydenlə videobağlantı vasitəsilə görüşərək Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparacaq”, - Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Daha əvvəl Ağ Evin sözçüsü Cen Psaki ABŞ və Çin liderlərinin görüşünün noyabrın 15-i (Vaşinqton vaxtı ilə) axşam saatlarına planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, tərəflər ABŞ və Çin arasında rəqabət şəraitində necə məsuliyyətli davranmağı, həmçinin maraqların üst-üstə düşdüyü hallarda işləməyi müzakirə edəcəklər.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, Amerika lideri onlayn görüş zamanı Pekinin hərbi modernləşdirmə siyasəti ilə bağlı narahatlığını açıq şəkildə çatdırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi