"ABŞ və NATO Ukraynadakı müharibəyə görə məsuliyyəti öz üzərinə götürməlidir".
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq deyib.
Onun sözlərinə görə, Pekin böhranın siyasi yolla həllində maraqlıdır: “Biz sülh və danışıqların tərəfdarıyıq”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.