Çin XİN: Ölkənin milli təhlükəsizliyinə zidd olan fəaliyyət şübhəsi ilə iki Kanada vətəndaşı saxlanılıb

Çin XİN: Ölkənin milli təhlükəsizliyinə zidd olan fəaliyyət şübhəsi ilə iki Kanada vətəndaşı saxlanılıb Bakı. 13 dekabr. REPORT.AZ/ Çində ölkənin milli təhlükəsizliyinə təhdid olan fəaliyyət şübhəsi ilə iki Kanada vətəndaşı saxlanılıb.
Digər ölkələr
13 Dekabr , 2018 12:28
Çin XİN: Ölkənin milli təhlükəsizliyinə zidd olan fəaliyyət şübhəsi ilə iki Kanada vətəndaşı saxlanılıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Çində ölkənin milli təhlükəsizliyinə təhdid olan fəaliyyət şübhəsi ilə iki Kanada vətəndaşı saxlanılıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lyu Kanq bildirib.

Onun sözlərinə görə, saxlanılan hər iki şəxs istintaq altındadır, onların qanuni hüquqları və maraqları qorunur və əməl edilir.

Qeyd edək ki, daha əvvəl Çində sabiq kanadalı diplomat, "Beynəlxalq Böhran Qrupunun" əməkdaşı Maykl Kovriq saxlanılmışdı.

Bununla yanaşı, Kanada Xarici İşlər Nazirliyi bu gün ölkədə daha bir Kanada vətəndaşının - Maykl Speyvorun saxlanıldığı ilə bağlı məlumat yayıb.

Qeyd olunur ki, o, Şimali Koreyaya turistik səfərlər təşkil edən "Paektu Cultural Exchange" beynəlxalq təşkilatının sahibidir. M.Speyvor dəfələrlə KXDR lideri Kim Çen In ilə görüşüb. 

Son xəbərlər

Orphus sistemi