​Çin və Tayvan liderləri arasında görüş keçiriləcək

​Çin və Tayvan liderləri arasında görüş keçiriləcək Tərəflər arasında müqavilə və ya ortaq iş birliyinə dair sənəd imzalanmayacaq
Digər ölkələr
4 Noyabr , 2015 12:05
​Çin və Tayvan liderləri arasında görüş keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Çinin dövlət başçısı Çi Cinpinlə Tayvanın lideri Ma İnüzyu arasında Sinqapurda ilk dəfə görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, görüş noyabrın 5-də keçiriləcək. Görüşdə sülhsevər əlaqələrin təşviqinə dair fikir mübadiləsinin aparılacağı gözlənilir. Xəbərdə bildirilib ki, tərəflər arasında müqavilə və ya ortaq iş birliyinə dair sənəd imzalanmayacaq.

Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub. İkinci dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ada Çinin tərkibinə daxil edilsə də, Tayvan özünü müstəqil dövlət hesab edir.

Son xəbərlər

Orphus sistemi