Yuxarı
    Bağlamaq

    ​Çin və Tacikistan dollardan imtina edir

    İki ölkə arasında valyuta svoplarına dair saziş imzalanıb

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Çin və Tacikistan qarşılıqlı ticarət və qeyri-dollar investisiyalarının dəstəklənməsi və inkişafı üçün yuan (Çinin milli valyutası) /somoni (Tacikistanın milli valyutası) valyuta svoplarına dair saziş imzalayıb.

    "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, imzalanmış saziş hər iki ölkənin mərkəzi bankına ticarət əməliyyatları üzrə qarşılıqlı hesablaşmaların asanlaşdırılması, həmçinin maliyyə bazarlarında likvidliyin dəstəklənməsini təmin etmək məqsədi ilə bir valyuta ilə digər valyutada ekvivalent ödəmələr üçün silsilə ödəmələr mübadiləsi həyata keçirmək imkanı verəcək.

    Saziş 3 milyard yuan həcmində (470 milyon ABŞ dolları) hər iki tərəfin razılığı əsasında uzadılma imkanı ilə üç il müddətinə imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi