Çin və Salvador diplomatik əlaqələr qurublar

Çin və Salvador diplomatik əlaqələr qurublar Bakı. 21 avqust. REPORT.AZ/ Çinin Xarici İşlər Nazirliyi bu gün Salvadorla diplomatik əlaqələrin qurulduğunu rəsmən elan edib.
Digər ölkələr
21 Avqust , 2018 10:39
Çin və Salvador diplomatik əlaqələr qurublar
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Çinin Xarici İşlər Nazirliyi bu gün Salvadorla diplomatik əlaqələrin qurulduğunu rəsmən elan edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Pekində Çinin xarici işlər naziri Van İ ilə salvadorlu həmkarı Karlos Kastande arasında görüş olub. 

Nazirlərin danışıqlarının sonunda iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu elan olunub.

Birgə kommünikedə Salvador hökumətinin dünyanda yalnız bir Çinin varlığını tanıdığı, Çin Xalq Respublikası hökumətinin bütün Çinin maraqlarını təmsil edən yeganə qanuni hökumət, Tayvanın isə Çinin ərazisinin ayrılmaz hissəsi olduğu vurğulanıb.

Kommünikedə həmçinin Salvadorun Tayvanla rəsmi əlaqələri kəsdiyi və bundan sonra da qurmayacağı qey olunub.

Son xəbərlər

Orphus sistemi