Yuxarı
    Bağlamaq

    Çin və Peru 2 milyard dollarlıq ticarət sazişi imzalayıb

    Sazişə yüngül sənaye, toxuculuq sənayesi, kənd təsərrüfatı məhsulları, tibb sahəsi üzrə anlaşmalar daxildir

    Bakı. 15 noyabr. REPORT.AZ/ Çin və Peru ümumi dəyəri 2 milyard dollar olan ticarət sazişi imzalayıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, saziş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti ərəfəsində imzalanıb.

    Sazişə yüngül sənaye, toxuculuq sənayesi, kənd təsərrüfatı məhsulları, tibb sahəsi üzrə anlaşmalar daxildir.

    Qeyd edək ki, Peru paytaxtı Limada keçiriləcək APEC sammiti noyabrın 17-18-də nazirlər səviyyəsində görüşlə başlayacaq. Noyabrın 19-20-də isə dövlət liderlərinin zirvə görüşü keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi