Bakı. 23 yanvar. REPORT.AZ/ Çin və İran digər ölkələrə qarşı sanksiyaların tətbiqinə qarşı çıxıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat Çinin dövlət başçısı Si Tszinpinin İrana səfəri zamanı imzalanmış birgə bəyanatda verilir.
"Sinxua" agentliyinin yazdığına görə, sənəddə deyilir: "Çin və İran güc tətbiqi hədəsinə, digər ölkələrə qarşı ədalətsiz sanksiyaların tətbiqinə və terrorizmin istənilən formasına qarşıdır. Biz beynəlxalq problemlərin danışıqlar və siyasi dialoq vasitəsilə həllini tapmasını dəstəkləyirik".