Çin və ABŞ ikitərəfli münasibətləri müzakirə edəcək

Çin və ABŞ ikitərəfli münasibətləri müzakirə edəcək ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün iyunun 4-də Çinə səfər edəcək.
Digər ölkələr
4 İyun , 2023 06:23
Çin və ABŞ ikitərəfli münasibətləri müzakirə edəcək

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün iyunun 4-də Çinə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.

Qurum bildirib ki, Pekində Kritenbrink ABŞ Milli Təhlükəsizlik Şurasının Çin üzrə baş direktoru Sara Beran ilə birlikdə “ikitərəfli münasibətlərdə əsas məsələləri müzakirə edəcək”.

Bundan sonra dövlət katibinin köməkçisi Yeni Zelandiyaya səfər edəcək və burada ABŞ-Yeni Zelandiya Strateji Dialoqunda iştirak edəcək və iqlim dəyişikliyi, texnologiya, iqtisadi və müdafiə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparacaq.

Onun turnesi iyunun 4-dən 10-dək baş tutacaq.

Son xəbərlər

Orphus sistemi