Çin ÜTT-ni ABŞ əleyhinə birləşməyə çağırıb

Çin ÜTT-ni ABŞ əleyhinə birləşməyə çağırıb Bakı. 27 mart. REPORT.AZ/ Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələri ABŞ əleyhinə birləşməyə çağırıb.
Digər ölkələr
27 Mart , 2018 04:34
Çin ÜTT-ni ABŞ əleyhinə birləşməyə çağırıb

Bakı. 27 mart. REPORT.AZ/ Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan ölkələri ABŞ əleyhinə birləşməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Pekin bunu təşkilata ziyan vurulmaması və ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilmiş rüsumlara qarşı çıxmaq zərurəti ilə əsaslandırıb. 

Bildirilir ki, Trampın ticarət siyasəti ÜTT-nin keçmiş rəhbəri Paskal Lami tərəfindən "orta əsrə aid" ticarət adlandırıb və beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub.

Halbuki ABŞ-ın yeni hakimlərin barəsində vetosu ÜTT-nin hüquqi mübahisələrinin həllinə mane olur. Tramp polad və alüminiuma, habelə Çin mallarının idxalına rüsum tətbiq edib. Ağ Ev rəhbəri həmçinin ABŞ-la Çindən ticarət saldosunu azaltmaq üçün 100 mlrd. dollar tələb edir.

Çin səfiri Çjan Syançen ÜTT-yə bildirib ki, ABŞ-ın son addımı - Çin mallarının idxalına rüsum ÜTT prinsipləri ilə bir araya sığmır.

Son xəbərlər

Orphus sistemi